Etibarnamələrin ləğvi sürücülərə nə verəcək? - Ekspert
    • 3-08-2023, 18:06
    • 448

Etibarnamələrin ləğvi sürücülərə nə verəcək? - Ekspert

Xəbər verdiyimiz kimi, Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Konstitusiya Məhkəməsi nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunması barədə qərar çıxarıb.

Mövzu ilə bağlı News24.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov qeyd etdi ki, inkişaf etmiş ölkələrdə belə avtomobilin etibarnamə vasitəsilə idarə olunması ləğv olunub:

"Etibarnamə ləğv olunduğu halda artıq sürücü maşınını istədiyi adama verə bilər. Təbii ki, bu prosesdə müəyyən qaydalar əsasında baş verir. Düşünürəm ki, artıq Azərbaycanda da etibarnamələr ləğv edilməlidir. Burada məsələ yalnız ər və arvadın ümumi mülkiyyətində olan avtomobilin idarə edilməsindən getmir. Ümumiyyətlə  vətandaşın digər vətəndaşa avtomobil etibar etməsindən gedir. Düşünürəm ki, etibarnamələrin ləğvi sürücülərdə diskomfortluq yaratmayacaq. Əksinə daha da rahat olacaq. Həmçinin bu imkan verir ki, vətəndaşların hərəkət sərbəstliyi daha da artsın".

Aydan Beydullayeva