Bu ölkədə 18 yaşdan az olanlara internet QADAĞAN EDİLƏCƏK
    • 3-08-2023, 18:18
    • 222

Bu ölkədə 18 yaşdan az olanlara internet QADAĞAN EDİLƏCƏK

Çin 18 yaşdan kiçiklər üçün mobil cihazlarda internetdən istifadəni məhdudlaşdıracaq.

News24.az "Habertürk"-ə istinadla xəbər verir ki, Çin Kiberməkan İdarəsi (CAC) 18 yaşından kiçik olanlar üçün mobil internet proqramlarına girişi məhdudlaşdıran yeni təlimatlar açıqlayıb.

Buna uyğun olaraq, uşaqlar saat 10.00-18.00 arasında “uşaqların fiziki və zehni inkişafına dəstək verən proqramlar” istisna olmaqla, əksər mobil internet xidmətlərindən istifadə edə bilməyəcəklər.

Bundan əlavə, 16-17 yaşlı uşaqlar gündə 2 saat, 8-15 yaşlı uşaqlar gündə 1 saat, 8 yaşa qədər uşaqlar isə gündə 40 dəqiqə internetə qoşulmuş proqramlardan istifadə edə biləcəklər.

Tənzimləmə onlayn oyun, video və digər məzmun xidmətləri göstərən Tencent, Douyin, Bilibili və Kuaishou kimi internet platformalarına təsir edəcək.

Təlimatlar internet platformalarından qaydalara uyğun olaraq texniki tənzimləmələr etməyi tələb edir. Şirkətlər uşaq istifadəçilər üçün vaxt və məzmun məhdudiyyətlərinə əməl etmək üçün öz məzmununu və modullarını təşkil edir.

Aydan