Xətaidə açıq ərazidəki yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNDİ
    • 4-08-2023, 16:38
    • 295

Xətaidə açıq ərazidəki yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNDİ

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın məhdudlaşdırılıb.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general Hikmət Abbasov deyib.

Onun sözlərinə görə, hazırda soyutma işləri davam etdirilir.

Xidmət rəisi bildirib ki, yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

XXX

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Ərazidə yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft boru kəmərləri və yaşayış evləri üçün yaranmış təhlükə havanın küləkli olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində aradan qaldırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazi yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.