-
- 5-03-2019, 11:59
- 2 062
“Kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiya verilməlidir”
“Problemli kreditlərin həlli sahəsində prosesin şəffaflığı üçün bir neçə texniki addımlar atılmalıdır”.
News24.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev rəsmi facebok hesabında bildirib. O qeyd edib ki, kompensasiyaya düşən kreditlərin fevralın 21-i (2015) və dekabrın 21-i (2015) tarixlərinə olan qalıqları barədə məlumatların banklar və müştərilər üzrə siyahısı internetdə (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməlidir:
“Həmçinin, kompensasiya alacaq və kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiya verilməlidir. Bunun üçün mərkəzləşdirilmiş kredit reyestrində və Kredit Bürosunun məlumat bazasında həmin şəxslərinin kredit tarixçələri sağlamlaşdırılmalıdır. Veriləcək kompensasiya məbləğinin müştəri və banklar üzrə siyahısı saytlarda (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməlidir. Restrukturizasiya müqabilində Mərkəzi Bankdan güzəştli kredit alacaq banklar və veriləcək kredit məbləğləri barədə məlumat açıqlanmalıdır. Zamin durmuş və əsas borcalanın əvəzində banka pul ödəmiş şəxslərin kompensasiya almaq imkanları da təmin edilməlidir”.
Sevinc Yasinqızı