Voleybol məşqçiləri üçün seminara start verildi
    • 4-08-2023, 20:32
    • 392

Voleybol məşqçiləri üçün seminara start verildi

Azərbaycan Voleybol Federasiyası (AVF) bölgələrdə voleybolun inkişaf etdirilməsi işini davam etdirir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə avqustun 3-də müxtəlif bölgələrdən olan voleybol məşqçiləri üçün təşkil olunan seminara start verilib. Avqustun 5-dək davam edəcək seminarı yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma keçir.

Seminarda Ağstafa, Tovuz, Qazax, Şəmkir, Goranboy rayonlarından olan məşqçilər iştirak edirlər. Nəzəri və təcrübi hissələrdən ibarət seminarın yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Seminar voleybolun inkişaf etdirilməsi istiqamətindəki tədbirlər çərçivəsində təşkil olunub. Burada məqsəd bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir.