Avropa Voleybol Konfederasiyasının 40-cı Baş Assambleyası KEÇİRİLƏCƏK

Avropa Voleybol Konfederasiyasının 40-cı Baş Assambleyası KEÇİRİLƏCƏK
İDMAN

26-09-2019, 12:45

Mətn ölçüsü

26-27 sentyabrda Fransanın Paris şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası keçiriləcək.

News24.az xəbər verir ki, Assambleyada Avropa Voleybol Konfederasiyasının tərkibinə daxil olan voleybol federasiyalarının rəsmiləri iştirak edəcəklər. Azərbaycan Voleybol Federasiyasını (AVF) Assambleyada AVF-nin Baş katibi Cəlil Cəfərov təmsil edəcək.

Assambleyada CEV-in 2019-cu il mövsümünün maliyyə hesabatı təqdim olunacaq daha sonra voleybolun avropada daha geniş formada yayılmasına dair müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq.

Eyni zamanda assamblyeda Şərqi Avropa Voleybol Assosasiasının (EEVZA)  iclası keçiriləcək.  İclasda çimərlik voleybol, qar üstü voleybol və gənc komandalar arasında keçiriləcək turnirlərlə  bağlı müzakirilər aparılacaq.