ABŞ vətəndaşlarının bir qismini Nigerdən təxliyə edəcək
    • 4-08-2023, 21:14
    • 295

ABŞ vətəndaşlarının bir qismini Nigerdən təxliyə edəcək

ABŞ bəzi vətəndaşlarını səfirlik əməkdaşları və onların ailə üzvləri ilə birlikdə çarter reysləri ilə Nigerdən çıxarmaq niyyətindədir.

News24.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatların xarici siyasət orqanının nümayəndələri, dəqiq say göstərilməsə də, Nigerdə yüzlərlə ABŞ vətəndaşı ilə telefonla əlaqə saxlayıblar. Onlardan bəziləri ölkədə qalmaq istəyini bildirib. Nigerdə yaşayan amerikalıların çoxunun ikili vətəndaşlığı var. Nigeri tərk etmək istəyənlər bunu diplomatlar və onların ailələri üçün gələcək təyyarələr ilə edə biləcəklər.