ABŞ Nigerdə ​​baş verənləri dövlət çevrilişi adlandırmaqdan imtina edir
    • 1-08-2023, 18:43
    • 271

ABŞ Nigerdə ​​baş verənləri dövlət çevrilişi adlandırmaqdan imtina edir

Amerika Birləşmiş Ştatlarının hakimiyyəti Nigerdə baş verənləri “çevriliş” adlandırmaq istəmir, çünki onlar ölkəyə yardımı dayandırmalı olacaqlar. 

News24.az xəbər verir ki, bu barədə "Politico" yazır.

“Politico” yazır ki, bu, ABŞ-ın Afrika qitəsinə təsirini zəiflədə və rusiyapərəst əhval-ruhiyyəni artıra bilər.

“Mütəxəssislərin fikrincə, hadisələrin nəticəsindən asılı olmayaraq, Vaşinqton Niger Silahlı Qüvvələri ilə əməkdaşlıq etmək yolunu tapa bilər, çünki Birləşmiş Ştatların bu regionda mühüm maraqları və vəzifələri var”, - məqalədə deyilir.

Qeyd olunur ki, Nigerdə ​​çevriliş tərəfdarlarının Rusiya bayraqları ilə yürüşlər təşkil etməsi Qərbin qorxularını artırır. 

Aydan