İnsan orqanlarının satışı artdı- ACINACAQLI VƏZİYYƏT
    • 4-08-2023, 22:10
    • 440

İnsan orqanlarının satışı artdı- ACINACAQLI VƏZİYYƏT

İranda insan orqanlarının satışı artıb.

News24.az yerli mediaya istinadən xəbər verir ki, ölkədə acınacaqlı iqtisadi şərait və gələcəyə ümidin olmaması bir çox insanları öz orqanlarını satmağa məcbur edir. 

Araşdırmalara görə, böyrək, sümük iliyi, qaraciyərin dörddə biri və canlı insan bədənində transplantasiya edilə bilən hər hansı digər orqan qara bazarda 500 milyon tüməndən (20 min 261 ₼) 3 milyard tümənə qədər (121 min 556 ₼), yəni 12 min dollardan 70 min dollara kimi alınıb-satıla bilər.

Leyla SƏMƏNDƏR