İnsan bədənində yeni orqan aşkarlandı
    • 24-08-2018, 18:16
    • 1 043

İnsan bədənində yeni orqan aşkarlandı

Alimlər insan bədənində yeni mikro orqan aşkarlayıblar. İlkin tədqiqatlarda eyni orqana siçanın orqanizmində də rast gəlinib.

News24.az xəbər verir ki, mikroorqan bədənimizin immuniteti tanıma prosesində iştirak edir və vaksinasiya prosesinin daha effektiv təşkilinə səbəb ola bilər.

 Struktur infeksiyaya qarşı mübarizəyə başlamaq üçün bioloji mərkəz funksiyasını yerinə yetirir və yalnız daha əvvəl qarşılaşdığı infeksiyanı gördükdə işə başlayır.

 Mikro orqan çox nazik və yalnız müvəqqəti olaraq üzə çıxdığı üçün əvvəllər müşahidə olunmayıb.