Əcnəbi vətəndaş Azərbaycanda 2 nəfəri öldürdü
    • 6-08-2023, 11:22
    • 440

Əcnəbi vətəndaş Azərbaycanda 2 nəfəri öldürdü

Özbəkistan vətəndaşı Tuhktaev Habibjon sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə avqustun 5-də Gəncə şəhəri Atatürk prospektində idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin - 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü Nabibjon Tuhktaev və bir azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Habibjon Tuhktaev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.