Sərxoş piyadanı maşın vurub öldürdü
    • 19-11-2022, 21:30
    • 316

Sərxoş piyadanı maşın vurub öldürdü

İsmayıllıda "Toyota" markalı avtomobil sərxoş piyadanı vuraraq öldürüb.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. 

Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.