Qətər vətəndaşı Gəncədə qəza törətdi
    • 5-03-2019, 14:33
    • 646

Qətər vətəndaşı Gəncədə qəza törətdi

Gəncədə Qətər vətəndaşı yol qəzası törədib.

News24.az-ın məlumatına görə, Azərbayacana turist kimi gələn Qətər vətəndaşı Faisal Raşid Al-Marrin sürdüyü “Toyota”nı Gəncənin Nizami rayonunda Fərhad Quluyevin “Lada”sına vurub.

Bu zaman F.Quluyevin sərnişini Xatirə Qasımova bədən xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Taleh BAĞIROV