Gülbahar Quliyeva:
    • 6-08-2023, 20:00
    • 986

Gülbahar Quliyeva: "Onun haqqında ağızlarına gələni danışırlar"

“İlhamə xanım sərt qadın olsa da, ürəyiyumşaq və zərif idi. Sağlığında ona salam vermək üçün sıraya düzülürdülər. İndi isə həmin insanlar İlhamənin yoxluğundan istifadə edib, onun haqqında ağızlarına gələni danışırlar”. 

News24.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın böyük bacısı Gülbahar Quliyeva “Retro Bakı” verilişinə müsahibəsində deyib.

O, bacısı İ.Quliyevanın Xalq artisti Flora Kərimova ilə aralarında yarım əsrdən çox davam edən qalmaqaldan söz açıb. Bildirib ki, İlhamə Flora ilə yola getməsə də, onun sənətini hər zaman sevib: 

"Bacım. Flora Kərimovanın sənətini çox sevirdi və bəyənirdi. Doğrudur, onlar bir-biri ilə yola getmirdilər, amma hər ikisi böyük sənətkardır. İlhamə xanım kimi sənətkarın sözünü danışmaq düzgün deyil. Onun sağlığında danışardınız da... Amma o dünyasını dəyişəndən sonra hamınınızın dili uzandı. Niyə?

İlhamə mənə və digər bacımız İradəyə də deyirdi ki, məni “krujeva”larla bəzədilmiş tabutda basdırın. Biz onun bu sözünü zarafata salırdıq. Amma bacım çox gözəl rəhmətə getdi. O, ölümlə heç zaman razılaşmayıb. Çox ağır xəstə idi. Amma xəstəliyini də heç zaman büruzə vermirdi. Gözəlliyini də itirmirdi". 

G.Quliyeva bacısı İ.Quliyevanın tez-tez onunla sözlərinin çəp düşdüyünü də etiraf edib:  

“Bacım sağ olanda efirdə mənə komplimentlər edirdi. Hamıdan da çox mənə sözünü deyib. Hamıdan çox onu istəmişəm. O, mənim böyüyüm idi. Bizdə elə şey yoxdur ki, böyük söz desin, kiçik isə qaçsın efirə şikayət eləsin. Hamıdan çox mənimlə işi olub. Çünki İlhamə ilə mənim xasiyyətim eynidir. O da söz götürən deyil idi, mən də".

Qeyd edək ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-i ürək çatışmazlığından vəfat edib.