-
- 5-03-2019, 16:05
- 922
Nazir: “Cəfər Cabbarlının anadan olduğu Xızı rayonunda Ev muzeyi yaradılacaq”
“Cəfər Cabbarlının anadan olduğu Xızı rayonunda da ev muzeyi yaradılacaq”.
News24.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlət balansında deyil:
“Düşünürəm ki, bu, ictimaiyyət üçün yeni bir məsələ halında gündəmə gəlib. Amma biz bununla coxdandır ki, məşğul oluruq. Mən 2006-ci ildə nazir təyin olunanda o bina dövlətə məxsus deyildi. O vaxt bina özəlləşdirilmişdi. Yəni, varislərinə məxsus oldu. Bu səbəbədən biz hansısa addımlar ata bilmirdik. Hesab edirəm ki, Cəfər Cabbalının və digər böyük şəxsiyyətlərin varislərini, həmçinin, onların ailə üzvlərini hansısa hüquqlardan məhrum etmək, fikirlərini dəyişmək etik qaydalara sığmır. Ona görə də o vaxtı bina varislər tərəfindən özəlləşdiriləndə biz məhkəməyə də müraciət etmədik. Sadəcə qərarın veriləcəyini bildirdik. Amma bu proses bizim tərəfimizdən tədricən yürüdlürdü. Bizə heç cür imkan verilmirdi ki, dövlət tərəfindən binaya köməklik edilsin. 2010-cu ildə binanın vəziyyəti pisləşəndə məcburiyyət qarşısında yalnız muzeyin eksponatlarını Tear Muzeyinə köçürmüşük. Əgər Cəfər Cabbarlının ailəsi orada bina tikilməsinə qərar versə, biz bununla razılaşmalı olacağıq. Mən deyim ki, dünyada və ölkəmizdə də belə təcrübə var”.
Nazir onu da qeyd edib ki, Xizi rayonunda Cəfər Cabbarlının anadan olduğu binanın yenidən qurulmasına tapşırıq verib:
“Hazırda bununla bağlı işlər görülür. Bina tikiləcək və həmin binanin birinci mərtəbəsində Cəfər Cabbalının ev muzeyi olacaq”.
Sevinc YASİNQIZI