1 həftə ərzində koronavirusa yoluxanların sayı açıqlandı
    • 7-08-2023, 17:58
    • 143

1 həftə ərzində koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son 1 həftə ərzində (31 iyul - 6 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 15 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 17 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 3 olub.