Əfv Komissiyasının iclası keçirilib
    • 5-03-2019, 17:14
    • 1 607

Əfv Komissiyasının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

News24.Az “Report”-a istinadən xəbər verir ki, iclasda daxil olan müraciətlərin daha bir hissəsinə baxılıb.
Bildirilib ki, indiyədək 600-ə yaxın müraciətə baxılıb, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.
Qeyd edək ki, Komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.