Prezident Ədalət Vəliyevi ordenlə təltif etdi
    • 5-03-2019, 18:11
    • 1 027

Prezident Ədalət Vəliyevi ordenlə təltif etdi

Prezident İlham Əliyev Ədalət Vəliyevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

News24.Az xəbər verir ki, Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu il Ədalət Vəliyevin 60 yaşı tamam olur. O, 1993-2006-cı illərdə mədəniyyət nazirinin müavini, 2006-2018-cı illərdə isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.