Bu ölkələr Belarusla sərhədi BAĞLADI
    • 8-08-2023, 14:07
    • 142

Bu ölkələr Belarusla sərhədi BAĞLADI

Litvanın baş naziri İnqrida Simonyte bildirib ki, ölkə Latviya və Polşa ilə üç dövlətin Belarusla mümkün birgə sərhədlərinin bağlanması barədə  razılığa gəlib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, söhbət müvafiq mexanizm üzrə razılaşmadan gedir.

İnqrida Simonyte: “Litva, Latviya və Polşa arasında bizim birlikdə cavab vermək niyyətində olduğumuz konkret  vəziyyətlərin qiymətləndirilməsinə dair razılıq əldə olunub. Qərarlar qəbul edilməli olduqda, onlar qəbul ediləcək, ictimaiyyətə açıqlanacaq”.

O əlavə edib ki, Litva hazırda Belarus-Litva sərhədində bir sıra keçid məntəqələrini bağlamaq qərarına gəlib. Simonyte vurğulayıb ki, Vilnüs Belarusla sərhəddəki altı keçid məntəqəsini həddən artıq çox hesab edir.

Aydan