-
- 8-08-2023, 17:09
- 277
Ərdoğan Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçiriləcək.
News24.az “Anadolu” xəbər agentliyinə istinadla xəbər verir ki, Ankarada prezident kompleksində keçiriləcək görüşdə strateji, regional və milli təhlükəsizlik məsələlərinin, "ilk növbədə Türkiyə Silahlı Qüvvələrinin Şimali İraq və Suriyada həyata keçirdiyi antiterror əməliyyatları"nın müzakirəsi planlaşdırılır.
Görüşdə, həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ kimi terror təşkilatlarına qarşı əməliyyatlar çərçivəsində ölkə sərhədlərinin qorunması mövzusuna da toxunulması planlaşdırılır.
Bundan əlavə, Türkiyə Milli Təhlükəsizlik Şurasının üzvlərinin Rusiya-Ukrayna münaqişəsi mövzusunu müzakirə edəcəyi gözlənilir. Taxıl dəhlizi ətrafında vəziyyətin inkişafı, Türkiyənin sülhün bərqərar edilməsi, davamlı atəşkəs və humanitar yardım göstərilməsi istiqamətində səyləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Türkiyə Təhlükəsizlik Şurası Egey dənizi, Kipr və Şərqi Aralıq dənizində baş verənləri də qiymətləndirəcək”, - Türkiyə mətbuatı yazır.
Aydan