Nazirlər toplanır - Ərdoğanın sədrliyi ilə kritik iclas
    • 8-06-2023, 10:44
    • 240

Nazirlər toplanır - Ərdoğanın sədrliyi ilə kritik iclas

Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının ilk iclası keçiriləcək.

News24.az
-ın məlumatına görə, iclasda 3 əsas məsələ müzakirə olunacaq. Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatları başda olmaqla strateji, regional və milli təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

İclasa vitse-prezident Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Musa Avsever qatılacaq.

Xatırladaq ki, 3 iyun tarixində Türkiyə prezidenti Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Qumral