Saakaşvili Azərbaycana TƏŞƏKKÜR EDİB
    • 9-08-2023, 12:24
    • 197

Saakaşvili Azərbaycana TƏŞƏKKÜR EDİB

“2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilmir”.
 
News24.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. 

Saakaşvili 2008-ci ilin avqustunda (Rusiya-Gürcüstan beş günlük müharibəsi zamanı-red.) Gürcüstanı dəstəklədiyinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.
 
Həbsdə olan siyasətçi bu barədə öz Facebook səhifəsində yazıb.

"Mən şəxsən İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etmək istəyirəm", - Saakaşvili qeyd edib.

Saakaşvilinin sözlərinə görə, o zaman Azərbaycan Gürcüstanı “yanacaq infrastrukturu və maliyyə ilə təmin edib ki, bu da Gürcüstanın xilası üçün son dərəcə vacib idi”.

O, Azərbaycanın dəstəyini yüksək qiymətləndirib.
 
Arzu