-
- Bu gün, 20:13
- 226
Broyler toyuqlarının qorxunc FƏSADLARI
Hazırda qida rasionumuzda toyuq əti xüsusi yer tutur. Amma toyuq ətinin qiymətlərindəki fərq xeyli suallar doğurur. Belə ki, “kənd toyuğu”nun bir kiloqramı 11-12 manat olduğu halda, broyler toyuğunun kiloqramı 4-5 manata təklif edilir. Tək bu fakt göstərir ki, broyler toyuqları sağlamlığımız üçün o qədər də münasib deyil.
Broyler toyuqlarına vurulan zərərli maddələr
Bizim.Media-nın araşdırmasına görə, 1930-cu illərdən bu yana dünyada ən çox quşçuluq məhsullarının geni dəyişdirilib. Əgər 1957-ci ildə bu toyuqların çəkisi 905 qram idisə, 2005-ci ildə broyler toyuqları 4 kiloqram ağırlığına çatıb.
Ümumilkdə, broyler toyuqları genetik modifikasiya olunmuş (GMO) qida növü hesab olunur. Bu toyuqlar aldığı qida maddələrinin hamısını ətə çevirirlər. Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidirsə, fabrikdə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur. Azərbaycanın broyler müəssisələrində, toyuqlar 40 gündən sonra kəsilir. Türkiyədə isə bu rəqəm 28 gündür.
Amerika alimlərinin apardığı araşdırmalara görə, bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur.
Hətta bu dərmanların sayının 59 olduğu bildirilir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Broyler toyuqlarına vurulan antibiotiklərin 15-26% onların canlarında qalır.
Broyler toyuqlarının əti kimi, onun bəzi hissələrinin də istehlakı risklidir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, eyni yaşda olan kənd toyuğu ilə broyler toyuğunun çəkisini müqayisə etsək, böyük fərq görərik:
“Eyni yaşda olan kənd toyuğu cücə hesab edildiyi halda o yaşdakı broyler toyuğu artıq piştaxtaları bəzəyir. Bu da ona görədir ki, fabriklərdə toyuqların yetişdirilməsində intensiv üsullardan istifadə edirlər. Bundan əlavə, fabriklərdə toyuqlar kəsilib qablaşdırılarkən onların artıq çəki alması üçün müxtəlif metodlardan istifadə edilir. 2 il öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qanunvericilik təşəbbüsü ilə broylerlərdə toyuqlara GMO yemlərinin verilməsinə “yaşıl işıq” yandırıldı”.
Müsahibimiz hesab edir ki, broyler toyuqları insanların sağlamlığına da təsir edir:
“Bu təsirlərin izləri müxtəlif formada və müxtəlif zamanlarda üzə çıxır. Fabriklərdə toyuqlar hərəkətsizlik şəraitində saxlanılır. Bu da toyuqların artıq çəki yığmasına səbəb olur. Amma kənd toyuqları daima hərəkətdə olduqları üçün onlar artıq çəki yığmır və onun ətində heç bir qorxulu maddələr olmur. Ona görə də “kənd toyuqları” 4-5 aya böyüdüyü halda, fabriklərdə toyuqlar 30-45 gün ərzində kəsimə hazır olur”.