Şərəf lövhəsi -Azərbaycanda ən yüksək dəqiqlik və həssaslıq tələb edən iş məhz ona həvalə edilib
    • 25-07-2018, 17:39
    • 881

Şərəf lövhəsi -Azərbaycanda ən yüksək dəqiqlik və həssaslıq tələb edən iş məhz ona həvalə edilib

Azərbaycan Prezidentinin protokol xidməti rəsinin müavini, Birinci vitse- prezidentin Protokol Sektorunun müdiri, BDU Şərqşünaslıq fakultəsinin və Fransa Dövlət Xidməti Milli İnstitutunun məzunu, XİN Dövlət Protokol İdarəsinin rəis müavini, Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri, Vatikanın “Gregory Magne” ordeninə layiq görülmüş insan. Bir-neçə xarici dil bilir. Bütün bu deyilənlər prezidentin ətrafında olan parlaq simalardan biri Eldar Rzayevə aiddir.

Ali hakimiyyətin vacib halqalarından biri, bununla belə, hər zaman kadr arxasında qalan əsl peşəkar. O birinci şəxslərin görüşləri zamanı etiket və qrafiki ən xırdalığına qədər müəyyənləşdirən və əməl olunmasına nəzarət edən şəxsdir.

İmrovizasiya sevməyən bu iş, son dərəcə dəqiqlik, yüksək məsuliyyət və həssaslıq tələb edir. Əgər, yüksək səviyyəli görüşlər zamanı gözlənilməz nəsə baş verərsə, sürətli hərəkət etmək lazım gəlir. Həm də, bunu kameraların obyektivlərinə tuş gəlmədən etmək lazımdır.

E.Rzayev bu vəzifəni artıq 14 ildir layiqincə yerinə yetirir. Bu özlüyündə ondan xəbər verir ki, o, çiyninə düşən yükün öhdəsindən gələ bilir. Başqa cür ola bilərmi? Bu ən yüksək səviyyədə görülən işdir, prezident və vitse- prezidentdən daha yüksək  kim ola bilər ki? Bu qədər böyük məsuliyyət tələb edən vəzifədə dayanmağı sadəcə şansla əlaqələndirmək olmaz. Bu  yüksək etimada çox az insan layiq görülür. 


HAQQİN.AZ