-
- 9-08-2023, 18:54
- 340
İran prezidenti hicabla bağlı: "Güzəşt olmayacaq"
İran prezidenti İbrahim Rəisi ölkədə son vaxtlar artan məcburi hicab qayda pozuntularına mütləq son qoyulacağını bildirib.
News24.az xəbər verir ki, Tehranda keçirilən tədbirdə çıxış edən Rəisi keçən il polis nəzarətində olan gənc qadının ölümündən sonra uzunmüddətli etirazlar zamanı geniş vüsət alan “məcburi hicab qaydasının pozulmasına” toxunub.
Hicab qaydasının güzəştə getmədən tətbiq ediləcəyi mesajını verən Rəisi, "Hicabı çıxarmaq üçün edilən hərəkatlar mütləq dayandırılacaq. Şüursuzca və bilmədən hicab qaydasını pozanlara məlumat verməliyik” deyib.
Mövzu ilə bağlı İran lideri Ayətullah Əli Xameneinin sözlərinə işarə edən Rəisi, "İnqilabın rəhbərinin dediyi kimi, düşmən bu meydana planla gəlib və biz planlı şəkildə çıxıb, çalışmalıyıq" deyib.
Aydan