-
- 18-07-2023, 16:58
- 311
İranda hicab səfərbərliyi: Prokurorlara tapşırıq verildi
İranda prokurorlara məcburi hicab qaydasını pozanlara xəbərdarlıq etmək tapşırılıb.
News24.az Tasnim Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Ədliyyəsinin sözçüsü Məsud Stayiş mətbuat konfransında məlumat verib.
Xatırladaq ki, ötən ilin sentyabrında İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub. Etirazlarda 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun yumşaldılması tələbləri yenidən gündəmə gəlib. Təxminən 4 aya yaxın davam edən nümayişlərdən sonra bəzi şəhərlərdə qadınların məcburi hicab qaydalarına əməl etməməsi ilə bağlı tənqidlər səslənib. Bəzi qadınlar küçələrdə və iş yerlərində hicabsız gəzməyə başlayıb.