Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralanan var
    • 10-08-2023, 10:29
    • 166

Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralanan var

Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az-ın məlumatına görə, hadisə rayonun Nabran kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin aşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində dünyasını dəyişib.

2000-ci il təvəllüdlü Allahverdiyev Tofiq Pərviz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır./Report/