Azərbaycanda yaralını xəstəxanaya aparan maşın da qəza törətdi, ölənlər var
    • 31-08-2018, 10:07
    • 1 564

Azərbaycanda yaralını xəstəxanaya aparan maşın da qəza törətdi, ölənlər var

Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə hərəkətdə olan "VAZ-2107” markalı 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə "Ford” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində ""VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlü Vəliyev Samil Ələşrəf oğlu ölüb, maşında olan sərnişin, rayonun Qardili kənd sakini 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralanan şəxsi xəstəxanaya aparan "Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində (köhnə bazar) işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü ölüb. Yaralı isə başqa maşınla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya çatarkən onun da öldüyü məlum olub.

//Report