Koronavirusun yeni ştammı SÜRƏTLƏ YAYILIR? - ÜST AÇIQLADI
    • 10-08-2023, 13:41
    • 373

Koronavirusun yeni ştammı SÜRƏTLƏ YAYILIR? - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun OMikron ştamının yeni subvariantı olan EG.5.1 ilə xəstəliklərin sayının sürətlə artması barədə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Viroloqların fikrincə, bu ştamm bəzi ölkələrdə və hətta dünyada dominant ştama çevirə bilər. Bununla belə, ÜST-nin qeyd etdiyi kimi, EG.5.1 xəstəliyin şiddətinin dəyişməsi ilə xarakterizə olunmur.

“Mövcud məlumatlara əsasən, qlobal səviyyədə EG.5-in ictimai sağlamlıq üçün riski aşağı səviyyədə qiymətləndirilir”, - nəşr olunan sənəddə deyilir.

Qumral