Su 21 manat, çörək 7 manat... - Məşhur istirahət mərkəzində şok qiymətlər - FOTO
    • 10-08-2023, 15:58
    • 4 308

Su 21 manat, çörək 7 manat... - Məşhur istirahət mərkəzində şok qiymətlər - FOTO

Azərbaycanda məşhur istirahət mərkəzlərindən biri olan "Amburan Beach Club"da qiymətlər müştəriləri heyrətə salıb. 

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə foto paylaşılıb.

Belə ki, sözügedən istirahət mərkəzində 0.75 litrlik qazsız sirab üçün 21 manat, 0.33 litrlik kolaya görə 33 manat, çörək üçün 7 manat 50 qəpik tələb edilib.

Qəlyan üçün isə müştəri 264 manat ödəməli olub.