Sarkisyan məhkəmədə İFADƏ VERİB
    • 10-08-2023, 17:13
    • 260

Sarkisyan məhkəmədə İFADƏ VERİB

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın işi üzrə məhkəmədə növbəti iclas baş tutub.

News24.az
xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. 

Serj Sarkisyan dövlət büdcəsindən təxminən yarım milyard dram yanacağın mənimsənilməsində ittiham olunur. O, ittihamı qəbul etmir. 

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Serj Sarkisyan 2013-cü ildə Barseq Beqlaryan, Samvel Qalstyan və Gevorq Arutyunyan ilə  birlikdə Serqo Karapetyanın 15 milyon litr üçün nəzərdə tutulmuş dövlət büdcəsindən təxminən yarım milyard dramı mənimsəyib.

Serj Sarkisyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin mənimsəmə və ya xüsusilə külli miqdarda israf etmə ittihamı irəli sürülüb.

Arzu