Proqnozları düz çıxan iqtisadçı:
    • 11-08-2023, 12:59
    • 493

Proqnozları düz çıxan iqtisadçı: "DOLLAR SİSTEMİ DAĞILIR"

“Hazırda dünya dollar sistemi dağılır”.

News24.az  "Deita.ru"ya istinadla xəbər verir ki, bu barədə iqtisadçı Mixail Xazin bildirib.

Onun sözlərinə görə, bu proses bir anda bir neçə suveren və əlaqəsi olmayan valyuta zonasının formalaşması ilə başa çatacaq: “Müxtəlif güc mərkəzləri arasında ticarət heç bir halda tam dayandırılmayacaq. Eyni zamanda, mallarının dəyərini hansısa şəkildə müqayisə etmək üçün bütün dövlətlərin rəhbərləri onlara müəyyən malları qızıla satmağı təklif etməli olacaqlar. Əslində, bu qiymətli metal dolların tam əvəzedicisi kimi çıxış edəcək. Bu vəziyyət, əsas valyuta zonaları qızılı başqa hansı ödəniş vasitələri ilə əvəz edə biləcəyi və ümumiyyətlə bunu etmək lazım olub-olmaması ilə bağlı konsensusa gələnə qədər kifayət qədər uzun müddət davam edə bilər”. 
 
Ayşən