-
- 12-08-2023, 00:29
- 222
Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 24-ə çatıb
Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş verən təbii fəlakət nəticəsində həlak olanların sayı 24-ə çatıb. Avqustun 11-də daha 3 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fəlakət bölgəsində daha 9 nəfərin axtarışları davam etdirilir.
Xilasedicilər, həmçinin 9 avtomobili palçıq altından çıxardaraq sahiblərinə təhvil veriblər.
Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsinin Şovi kurort zonasında torpaq sürüşməsi olub. Nəticədə 24 nəfər ölüb, 26 nəfər yaralanıb, 9 nəfər isə itkin düşmüş hesab edilir.