Braziliyada təbii fəlakət qurbanlarının sayı 100-ə çatdı
    • 31-05-2022, 23:28
    • 367

Braziliyada təbii fəlakət qurbanlarının sayı 100-ə çatdı

Braziliyanın Pernambuko əyalətində təbii fəlakət qurbanlarının sayı 100-ə çatıb.

News24.az xəbər verir ki, ölənlərin əsasən, güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində həlak olduqları bildirilib.

Bununla yanaşı, hazırda 16 nəfər itkin düşmüş hesab olunur.

Həmçinin, təbii fəlakət 6198 nəfəri evsiz qoyub./Oxu.az/