Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyi binasının tikintisinə pul ayrılıb
    • 6-03-2019, 13:15
    • 1 104

Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyi binasının tikintisinə pul ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı Sərəncam imzalayıb.

News24.az xəbər verir ki, bunun üçün 3 160 000 (üç milyon yüz altmış min) manatı Mədəniyyət Nazirliyinə ayrılıb. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.