-
- 12-08-2023, 14:48
- 190
Qızmar yayda risk qrupunda olanlar bu yazını oxusun
Adil Qeybulla: “Günvurma və istivurmanı bir-birindən ayırmaq lazımdır”
Azərbaycanda qızmar yay nəhayət, öz üzünü, göstərdi. Neçə gündür ölkə ərazisində havalar əsl yay mövsümünə xas, isti və bürkülü keçir. Kəskin istilər bir-birini əvəz edir. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarınadək davam edəcək. O bildirib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir: “Bölgələrdə 37-41 dərəcə, Naxçıvan Muxtar Respublikası və aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacaq”.
Qurum rəsmisi həmçinin bildirib ki, durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkü yarada bilər ki, bu da əhali üçün əlverişsiz sayılır.
Qeyd edək ki, insan bədəni üçün normal temperatur 36-37 dərəcə sayılır. Artıq temperatur 40 dərəcəyə qalxdıqda dəridə genişlənmə baş verir ki, bunun da nəticəsində buxarlanma yaranır, beyində termorequlyasının pozulması yaranır. Orqanizm artıq bu prosesi tənzimləyə bilmədiyi üçün qan dövranı pisləşir, günvurma riski yaranır. Günvurmaya bütün insanlar məruz qala bilər, lakin risk qrupu əsasən 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan böyük insanlar, şəkərli diabet, arterial hipertenziya kimi xroniki xəstəliyi olan şəxslər və açıq havada günəş altında işləyən şəxslərdir.
Günvurmanın əlamətləri hansılardır?
Mütəxəssislər bildirir ki, günvurmanın əsas əlamətləri kimi kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, tezləşmiş və səthi tənəffüs, qulaqlarda küy, ağır hallarda qıcolma və huşun pozulmalarıdır.
Günvurmanın əsasən 3 növü olur - yüngül, orta və ağır dərəcəli günvurma. Yüngül günvurmada ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir. Orta dərəcə günvurmada kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huş itirmə halları ilə müşahidə olunur. Ağır forma hətta ölümlə nəticələnə bilir. Kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olunması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur.
Bəs günvurmaya məruz qalmamaq üçün nə etmək lazımdır?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Öncə günvurma və istivurma hadisələrini bir-birindən ayırmaq lazımdır. Belə ki, günvurma günəş şüalarının birbaşa düşməsi zamanı ultrabənövşəyi şüaların orqanizmə təsirindən yaranır. İstivurma isə orqanizmin istilik tənzimləmə mexanizminin pozulması nəticəsində bədən temperaturunun yüksəlməsi və ona bağlı olan patoloji dəyişikliklər deməkdir.
Ümumiyyətlə, bu cür isti havalarda məqsədə uyğundur, saat 12:00-16:00 arası çimərliyə gedilməsin. Çünki həmin vaxt ultrabənövşəyi şüaların düşdüyü təhlükəli vaxtdır. Günvurma hadisələri məhz bu saatlarda daha çox baş verir. İnsanlar çimərliklərdə bəzən günəş şüaları altında uzanır ki, bunun özü günvurma ilə yanaşı olaraq günəş yanıqlarına gətirib çıxara bilir və bu həyat üçün çox təhlükəlidir.
İstivurma, günvurma zamanı ilkin əlamətləri bunlardır - insanı soyuq tər basır, təzyiq düşür, bayılmalar baş verir. Bu zaman dərhal həmin şəxs həmin yerdən sərin bir yerə köçürülməlidir. Bu, ilk yardımın ilk addımıdır. Daha sonra onun alnına soyuq dəsmal qoyulmalı, bədəni soyuq su ilə silinməli və həkim çağrılmalıdır. Həkimə qədər bu ilk yardım vacibdir. Hesab edirəm ki, vacib olmadıqda saat 12:00-16:00 arası bayıra çıxmaqdan çəkinmək lazımdır. Çıxdıqda isə gün kepkalarından istifadə etmək lazımdır ki, başa birbaşa gün dəyməsin. Həmçinin qadınlar şlyapalardan, digər qoruyucu vasitələrdən, gün eynəklərindən istifadə edə birlər. Yəni mümkün qədər günəş şüalarından qorunmaq lazımdır. Amma günəş şüalarından qaçmaq da olmaz ki, bunu da nəzərdə saxlamaq lazımdır".
Qidalara gəldikdə isə mütəxəssislər daha çox maye qəbul olunması tövsiyə edir. Lakin maye qəbul edərkən qazlı, energetik içkilərdən uzaq durmalı, daha çox adi su və ya meyvə şirələrindən istifadə etmək lazımdır.