-
- 11-08-2023, 09:54
- 402
44 dərəcə isti - Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.
News24.az xəbər verir ki, havanın maksimal temperaturu avqustun 10-da Bakıda iqlim normasından 5 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında, eləcə də Gəncə-Qazax zonasında temperatur 40, Naxçıvan MR və aran rayonlarında 42, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.
İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40, bəzi yerlərdə 41-42, aran rayonlarında 38-40, bəzi yerlərdə 42-44 dərəcə isti olacağı gözlənilir.