Əlilliyi olan şəxslərin reabilitasiya imkanları müzakirə olunub
    • 6-03-2019, 15:35
    • 740

Əlilliyi olan şəxslərin reabilitasiya imkanları müzakirə olunub

“So-edineniye” görmə və eşitmə qabiliyyətləri olmayan şəxslərə dəstək Fondunun (Rusiya Federasiyası) prezidenti Dmitri Polikanov, “DeafSkills” Beynəlxalq Təşkilatın prezidenti, Ümumrusiya Karlar Birliyinin prezidenti Stanislav İvanov, “Yaseneva polyana” mərkəzinin direktoru Lidiya Frolova, “İstok-Audio” şirkətlər qrupunun baş direktoru İvan Klimaçevdən ibarət  nümayəndə heyəti  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olub.

ƏƏSMN-dən News24.az-a verilən məlumata görə, nazirin müavini Anar Kərimov əliliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların reabilitasiya imkanlarının artırılması sahəsində ölkəmizdə aparılan işlər barədə qonaqlara məlumat verib. Nazir müavini bu işlərin görmə və eşitmə qabiliyyətləri olmayan şəxsləri də əhatə etdiyini bildirib. O bu kateqoriyadan olan insanlar üçün həyata keçirilən layihələri diqqətə çatdırıb. Nümayəndə heyəti tərəfindən “So-edineniye” görmə və eşitmə qabiliyyətləri olmayan şəxslərə dəstək Fondunun fəaliyyəti ilə bağlı məlumatlar verilib. Korrektə yönümlü təhsil ilə məşğul olan işçilər, görmə və eşitmə qabiliyyətləri məhdud olan şəxslərin ailələri üçün test formatında diaqnostik təlimin keçirilməsi, “DeafSkills” beynəlxalq assosiasiyasının imkanları, “Yaseneva Polyana” resurs mərkəzinin hissiyyat pozuntuları olan şəxslərin mərhələli reabilitasiya modeli və s. ilə bağlı təqdimatlar edilib. “İstok-Audio” şirkətlər qrupunun hissiyyat pozuntuları olan şəxslərə yeni texniki vasitələrlə keyfiyyətli dövlət yardım sistemi barədə də məlumat verilib. Görüşdə gələcəkdə qarşılıqlı təcrübə mübadilələrinə əsaslanan əməkdaşlıq imkanları müzakirə olunub.