Səfir:
    • 13-08-2023, 16:40
    • 296

Səfir: "Səudiyyə Ərəbistanı Qüdsdə səfirlik aça bilməyəcək"

"Səudiyyə Ərəbistanının Fələstinə təyin etdiyi səfirin Qüdsə fəaliyyətinə icazə verilməyəcək".

News24.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen yerli radiostansiyalardan birinin efirində bildirib.

O deyib ki, ölkəsi Ər-Riyadın analoji addımlarını qəbul etmək niyyətində deyil:

"Biz bu addımın reallaşmasına imkan vermək niyyətində deyilik. Qüdsdə hər hansı diplomatik nümayəndəlikdən söhbət gedə bilməz".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İsrail-Fələstin münaqişəsində sonuncunun mövqeyini dəstəkləyir. Buna görə də Fələstinin İsraillə hər hansı səviyyədə diplomatik münasibətləri yoxdur.

Fərid Azəri