Sabahın HAVASI - Bakıda isti, rayonlarda yağış...
    • 14-08-2023, 12:46
    • 220

Sabahın HAVASI - Bakıda isti, rayonlarda yağış...

Sabah temperatur Bakıda 40, bəzi rayonlarda 42 dərəcəyədək yüksələcək.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23° isti, gündüz 28-33° isti olacaq.