Hövsanda yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNDİ
    • 14-08-2023, 16:37
    • 182

Hövsanda yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNDİ

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə News24.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

***
16:05

Paytaxtın Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazi yanır.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.