"İrəvan təxribatlardan çəkinməlidir" - Türkiyə XİN
Dünya
"Laçın yolu ətrafında uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayırıq".
News24.az-ın məlumatına görə, bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatındaə əks olunub.
Sənəddə qeyd olunub ki, mütəmadi olaraq bununla bağlı rəsmi səviyyədə ifadə olunan narahatlıqlara diqqət yetirilmədiyi üçün rəsmi Bakı məqsədəmüvafiq hesab etdiyi tədbirləri görmək məcburiyyətində qalıb.
Rəsmi bəyanatda Türkiyə tərəfinin Laçın yolu ilə bağlı Azərbaycana yönələn tənqidləri haqsız hesab etdiyi, o cümlədən Laçın yolundan təcili yardım avtomobillərinin keçidinə şərait yaradılmasının rəsmi Bakının xoşməramlı təşəbbüsündən irəli gəldiyi vurğulanıb.
Sənəddə Türkiyənin Ermənistandan gözləntiləri də açıqlanıb. Bildirilib ki, rəsmi İrəvan təxribat xarakterli addımlardan çəkinməli, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlı bəyanatının icrasına sadiqliyini nümayiş etdirmək üçün "Ağdam-Xankəndi" yolundan istifadə etməli, o cümlədən Azərbaycanın erməni əsilli əhalisinin reinteqrasiyasına dəstək verməlidir:
"Türkiyə regionda sülh və əmin-amanlığın təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar sahədə atdığı addımların dəstəklənməli olduğu, habelə vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinmənin önəm daşıdığı qənaətindədir" - bəyanatda belə deyilir.
Fərid Azəri