Ukrayna ABŞ-yə 20 maddəlik sülh planı təqdim etdi
Dünya
Ukrayna ABŞ-də keçirilən son danışıqlarda Amerika tərəfinə 20 maddəlik sülh planı təqdim edib.
News24.az xəbər verir ki, "RBC-Ukraine"in məlumatına görə, sənəddə Ukraynanın suverenliyinin tanınması, Rusiya ilə döyüş xətti boyunca monitorinq mexanizmi olan təcavüz etməmək sazişinin imzalanması və təhlükəsizlik zəmanətləri yer alır. Plan Ukraynanın sülh dövründə 800 min nəfərlik ordu saxlamasını nəzərdə tutur.
Sənədə əsasən, ABŞ, NATO və Avropa ölkələri Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verməlidir. Ukraynanın Avropa İttifaqına üzvlüyü konkret tarix göstərilmədən planlaşdırılır.
Plan həmçinin Ukraynaya qlobal yardım paketi ayrılmasını, 800 milyard dollarlıq bərpa fondunun yaradılmasını və ABŞ ilə sərbəst ticarət sazişinin sürətləndirilməsini nəzərdə tutur. Sənəddə Ukraynanın qeyri-nüvə statusu və Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması məsələləri də yer alır.
Ərazi və Donbass məsələlərində isə ABŞ və Ukrayna arasında razılıq əldə olunmayıb.