-
- 14-08-2023, 22:35
- 321
"PKK və ASALA təhlükəsi hələ də qalır"
PKK və ASALA terror qruplaşmaları ilə bağlı hökumət lazımi tədbirlər həyata keçirsə də, onların varlığı regionda təhlükə saçmağa davam edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nda bildirib ki, nə ASALA, nə PKK, nə də başqa terror qruplaşmaları məqsədinə çata biləcək.
Ərdoğan qeyd edib ki, Türkiyə bundan sonra da terrorla mübarizəyə davam edəcək. Ölkə başçısının bu açıqlamasından məlum olur ki, PKK və ASALA təhlükəsi hələ də qalmaqdadır.