-
- 3-10-2020, 10:54
- 602
Livandan 500-ə yaxın “ASALA” üzvü Qarabağa yollanıb - Rusiya KİV
Ermənistan təbliğatının durmadan bütün dünyaya Azərbaycanın Qarabağdakı döyüşlərə Suriyadan muzdlular cəlb etdiyi haqda saxta xəbərlər tirajladığı bir vaxtda düşmən ölkənin tərəfində döyüşmək üçün Livandan yüzlərlə “ASALA” terrorçusunun gətirildiyi məlum olub.
News24.az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, bu haqda Rusiya KİV-ləri yazıb.
Mətbuatın yazdığına görə, Suriya erməniləri, əsasən Bəşər Əsədin tərəfdarları Ermənistanı dəstəkləmək üçün Dağlıq Qarabağa yola düşür. Onları qonşu Livandan olan ermənilər də dəstəkləyir:
“Livan Daxili İşlər Nazirliyinin qapalı informasiyasına görə son günlər bu ölkədən 500-ə yaxın etnik erməni Dağlıq Qarabağdakı döyüş meydanına getmək üçün Livanı tərk edib”.
Xatırladılır ki, Livanda uzun illər türklərə qarşı partizan müharibəsi aparan silahlı erməni qruplaşmaları fəaliyyət göstərib. Məsələn, ASALA terror təşkilatı 1975-ci ildən 1990-cu ilə qədər fəaliyyət göstərib, daha sonra silahlı mübarizədən əl çəkib siyasi mübarizəyə keçdiyini elan edib.