Cəlilabadda 15-ci əsrə aid qoç fiquru aşkarlanıb
    • 15-08-2023, 02:00
    • 226

Cəlilabadda 15-ci əsrə aid qoç fiquru aşkarlanıb

Cəlilabad rayonunda 15-ci əsrə aid edilən qoç fiquru aşkarlanıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, tapıntı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Cəlilabad rayonu tarixi abidələr üzrə mühafizəçiləri tərəfindən tapılıb.

Yerli tarixçi Elşad Əmənovun sözlərinə görə, tarixi tapıntı təxminən 15-ci əsrə aiddir.

Onun sözlərinə görə, bu, insanların qoç fiquruna inancını əks etdirən tarixi faktdır və Azərbaycan ərazisində ilk tapıntıdır.