Nicatın vəziyyəti necədir? - Dəhşətli qəza ilə bağlı yeni məlumatlar
    • 15-08-2023, 10:25
    • 275

Nicatın vəziyyəti necədir? - Dəhşətli qəza ilə bağlı yeni məlumatlar

Xəbər verdiyimiz kimi, tanınmış bloger “Nikosayağı” adı ilə tanınan Nicat Mütəllimov ağır yol qəzası törədib.

News24.az Bakupost-a istinadən xəbər verir ki, hadisə ilə bağlı onun dostu rəqqas Ramil Qasımov məlumat verib.

O, Nicatın əməliyyat olunduğunu bildirib:

“Kim nə gəldi danışır... Guya maşında 4 nəfər olublar, içkili halda sürürmüş. Bunlar yalan məlumatdır. Maşında 2 nəfər olub. İçkili olmayıblar.

İndi reanimasiyadadır. Həkim deyir, saat 11-12-yə qədər oyanacaq. İnşallah hər şey yaxşı olacaq. Vəfat edən öz qardaşı deyil. Yaxın dostu olub. Nihat sağdır, o maşında olmayıb. Xahiş edirəm, yalan məlumat yaymayın.

Hadisə zamanı Nicat ancaq su istəyirdi, su verin deyirdi... Dəhşət idi...”.