-
- 15-08-2023, 13:45
- 329
Beynəlxalq Cinayət Məhkəməsi dəli olub - Narışkin
Narışkin Donbass uşaqlarının ölümünü görmədiyi üçün Beynəlxalq Cinayət Məhkəməsini (ICC) sərt qınayıb.
News24.az xəbər verir ki, Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı zamanı deyib ki, Beynəlxalq Cinayət Məhkəməsi rusiyalı uşaqların müharibə zonasından çıxarılmasını cinayət adlandırdığına görə dəli olub. Eyni zamanda, Donbassda uşaqların ölümünü belə fərq etmirlər.
“ICC o qədər narahatdır ki, uşaqların müharibə zonasından xilas edilməsini cinayət adlandırır. Eyni zamanda Donbassda ukraynalı neonasistlərin bombardmanlarının qurbanı olmuş uşaqların öldürülməsini açıq-aşkar görmür”, - Narışkin vurğulayıb.
O əlavə edib ki, 2014-cü ildən 2022-ci il fevralın 24-dək olan müddətdə təkcə DXR-də 4374 nəfər, o cümlədən 91 uşaq ölüb.
Aynurə