-
- 19-07-2023, 00:45
- 377
Putinin sammitdə həbsi müharibə deməkdir - CAR prezidenti
Rusiya Prezidenti Vladimir Putinin həbsi Rusiyaya müharibə elan etməyə bərabər olardı və Moskva bunu açıq şəkildə bildirib.
News24.az “Bloomberg” istinadən xəbər verir ki, bu barədə iyulun 18-də Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa deyib.
Onun sözlərinə görə, Cənubi Afrikanın Rusiya ilə müharibə elan etmək və ya müharibə aparmaq imkanı yoxdur və bunu etmək istəmir. Ramafosa həmçinin qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) “həbs orderinin verilməsindən sonra Rusiyadan gələn nüvə təhlükəsi” ilə bağlı narahatlığını ifadə edib.
Xatırladaq ki, daha öncə Rusiya CAR-ın dövlət başçısı Siril Ramafosanın avqustda keçiriləcək BRİCS sammitində Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin yerinə xarici işlər naziri Sergey Lavrovun başçılıq etməsi ilə bağlı təklifini rədd etmişdi.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Məhkəmə hesab edir ki, onlar “uşaqların Ukraynadan Rusiyaya qanunsuz köçürülməsinə” görə məsuliyyət daşıyırlar.