-
- 15-08-2023, 17:15
- 688
"Ermənistana manipulyasiyaya imkan verilməyəcək" - İqor Korotçenko
“Ermənistanın regiona digər əcnəbi kontingenti gətirmək cəhdləri maraqlara uyğun deyil”.
News24.az xəbər verir ki, bu fikirləri RTV-yə açıqlamasında “Национальная оборона” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın Qarabağ məsələsini BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çılxarmasını şərh edərkən söylədi.
Ekspert deyib ki, bu, adı çəkilən ölkənin baş naziri Nikol Paşinyanın əsas məqsədidir.
Onun sözlərinə görə, rəsmi İrəvan BMT-nin Təhlükəsizlik Şurasından istədiyi kimi istifadə etməyə çalışır.
“Ermənistan Qarabağ ermənilərinin guya əzab çəkməsi və sözdə blokadası barədə məsələni gündəmə gətirməklə Azərbaycan əleyhinə qətnamələrin qəbuluna çalışır. Onlar buna xüsusilə erməni lobbisinin güclü olduğu ölkələrdə nail olmaq istəyir. Digər tərəfdən Ağdam-Xankəndi yolunun açılması təklifi də qüvvəsində qalır. Ümid edirik ki, hətta nüfuzlu beynəlxalq oyunçuların dəstəyi olsa belə Ermənistana BMT-nin Təhlükəsizlik Şurası ilə manipulyasiya etməyə imkan verilməyəcək. Qarabağ erməniləri məsələsinin beynəlxalq müstəviyə çıxarılması, eləcə də Paşinyanın regiona Rusiya sülhməramlılarının əvəzinə digər əcnəbi kontingenti gətirmək cəhdləri maraqlara uyğun deyil. Mənə elə gəlir ki, bunun qarşısını almaq üçün siyasi və diplomatik səviyyədə lazımi addımlar atılacaq”,- deyə İ.Korotçenko qeyd etdi.
Fərid Azəri